SOSIAL ÖZ XƏBƏR

İcra Başçısı Adil Məmmədovun 77 min manatlıq müsabiqəsi ləğv edilib- UNİTAZ, ƏLÜZYUYAN, MİSMAR və.s alınacaqdı

Xəbər vermişdik ki, Qobustan Rayon İcra Hakimiyyəti mal-materialların satınalınması məqsədilə  77.030,76 AZN-lik tender elan edib.

32gun.az xəbər verir ki, sözügedən müsabiqə ləğv edilib. Satınalma müsabiqəsi təklif verən malgöndərənin olmaması səbəbindən ləğv edilib. Bildirilib ki, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən, müsabiqədə iştirak üçün minimum üç təchizatçının olmaması səbəbi ilə proses dayandırılıb.

Xatırladaq ki, tender şərtlərinə görə, yol boyası, su borusu, elektrod, elektrik kabeli, elektrik açarı, əlüzyuyan, unitaz, mismar, şpaklovka və digər materialların alınması planlaşdırılırdı.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovdur.

Ayaz 

Oxşar Xəbərlər