SOSIAL ÖZ XƏBƏR

TRT World-un koordinatoru Mövlud Selman Tecim: Kanalda çalışmaq istəyən azərbaycanlılara SƏSLƏNDİ / ÖZƏL + VİDEO

Seranit brendinin, eləcə də Azərbaycandakı filialı Seranit Azərbaycanın təşkilatçılığı ilə TRT World telekanalına ziyarətimiz zamanı TRT World Kanal Koordinatoru Mövlud Selman Tecim 32gun.az-a özəl müsahibə verib.

O, TRT World-da çalışan azərbaycanlılar, həmçinin kanalın məktəbindən yararlanmaq istəyənlər barədə fikirlərini bölüşüb. Həmin müsahibəni olduğu kimi təqdim edirik.

Qeyd edək ki, 1992-ci ildə Türkiyənin ilk çini fabriki olaraq fəaliyyətə başlayan və hazırda 60 ölkədə 300-ə yaxın satış nöqtəsi ilə tanınan Seranit brendinin, eləcə də Azərbaycandakı filialı Seranit Azərbaycanın təşkilatçılığı ilə Azərbaycan media mənsubları Türkiyəyə səfər ediblər.

Səfər çərçivəsində bir sıra önəmli məkanlar ziyarət olunub, tarixi və turistik yerlərə baş çəkilib. Həmçinin TRT World telekanalının binasına da gedilib.

Səfərin ən mühüm mərhələlərindən biri isə Seranit şirkətinin Bilecik şəhərində yerləşən fabrikinə baş çəkmək olub.

Bununla bağlı ətraflı reportaj yaxın günlərdə 32gun.az saytında yayımlanacaq.

Aygün İlqarqızı 

.

.

.

.

.

.

.

Oxşar Xəbərlər