SOSIAL ÖZ XƏBƏR

İrşad Electronics-dən alınan iPhone 13 ilə bağlı şikayət: müştəri məhkəməyə verilib

Vüqar adlı müştəri sosial şəbəkələrdə İrşad Electronics-dən aldığı iPhone 13 telefonu ilə bağlı narazılığını paylaşıb.

32gun.az xəbər verir ki, “qızıl zəmanət” üçün 101 manat ödədiyini bildirib.

Telefon iki aydan sonra sönüb və işləmir. Müştəri cihazı servisdə təmir üçün təhvil verib. 21 gün sonra servisdən bildirilir ki, telefon yanmır və onu geri götürməlidir. Vüqar isə yeni telefon istəyib və sönmüş telefonu geri götürməyib.

Bunun nəticəsində İrşad Electronics müştərini məhkəməyə verib. Vüqar məhkəmə barədə əvvəlcədən məlumatlandırılmadığını və qərarın onun əleyhinə çıxdığını bildirib, vəziyyəti dələduzluq kimi qiymətləndirir.

O, digər müştəriləri belə hallara qarşı diqqətli olmağa çağırır.

Ayaz 

Oxşar Xəbərlər