SOSIAL ÖZ XƏBƏR

“Ətraf mühitə hörmət, bizim biznes modelimizin ayrılmaz hissəsidir” – "Seranit"in ekoloji yanaşması / FOTO

"Seranit Azərbaycan"ın təşkilatçılığı ilə maraqlı bir mediaturun gerçəkləşməsi barədə daha əvvəl məlumat vermişdik.

Turun ilk günü gəzintiyə həsr olunsa da, növbəti gündən etibarən həm ziyarət, həm də “ticarət” – yəni işgüzar hissəyə keçid etdik. Belə ki, ikinci gün, bildiyiniz kimi, Türkiyənin keramika sənayesində özünəməxsus mövqeyə malik olan Seranit Granit Seramik Sanayi və Ticaret A.Ş.-nin Bilecikdəki fabrikində olduq və buradan geniş məlumat təqdim etdik. Üçüncü gün isə "Seranit Granit Seramik Sanayi və Ticaret" A.Ş.-nin İstanbulun Üsküdar ilçəsində yerləşən baş ofisini ziyarət etdik.

Orada bizi şirkətin gülərüz, istiqanlı və “qardaş Azərbaycan” ifadəsini səmimiyyətlə dilə gətirən əməkdaşları qarşıladı.

"Seranit Granit Seramik Sanayi və Ticaret" A.Ş.-nin İdarə Heyətinin üzvü Fatih Kıvanç media nümayəndələri ilə görüş zamanı onların şirkətlə bağlı suallarını cavablandırdı və geniş məlumat verdi.

Fatih Kıvanç mediaya açıqlamasında vurğuladı ki, "Seranit" Türkiyədə keramika və çini sahəsində yerli istehsalın əsasını qoyan öncül brendlərdən biridir. Onun sözlərinə görə, şirkət strateji olaraq bazarda mövqeyini sürətlə genişləndirmək əvəzinə, etibarlı və keyfiyyətə əsaslanan bir inkişaf xətti seçib.

“Bu ilin əvvəlindən etibarən şirkətimizin səhmləri İstanbul Fond Birjasında dövriyyəyə buraxılıb. Bu addım bizi birbaşa olaraq 250 minə yaxın səhmdarın diqqət və gözləntiləri ilə qarşı-qarşıya qoyur. Bu isə daha çox məsuliyyət, daha çox şəffaflıq və əlbəttə ki, keyfiyyətli fəaliyyət tələb edir,” – deyə Fatih Kıvanç bildirdi.

O əlavə etdi ki, "Seranit" hal-hazırda beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək istiqamətində fəal işləyir: “Xarici bazarlar arasında əsas prioritetimiz Avropa və Amerika ölkələridir. Bu regionlarda satış şəbəkəmizi gücləndirmək üçün ardıcıl addımlar atırıq.”

Kıvanç həmçinin şirkətin istehsal etdiyi, dünyada misli olmayan bir məhsuldan da bəhs etdi. Söhbət 2016-cı ildən bəri istehsalına başlanan, tamamilə təbii materiallardan hazırlanan və tək parça halında formalaşdırılan duş kabinəsindən gedir:

“Bu texnologiya dünyada yalnız bizə məxsusdur. Daş materialı heç bir şəkildə parçalanmadan, bütöv formada emal edilir. Nəticədə isə həm döşəmə, həm də divar hissələri vahid bir struktur şəklində formalaşır – heç bir yapışdırma olmadan. Bu texnologiyaya patent almışıq və məhsula olan maraq hər ötən gün daha da artır.”- deyə o qeyd edib. 

“Ətraf mühitə hörmət, bizim biznes modelimizin ayrılmaz hissəsidir”

"Seranit" olaraq yaşıl istehsal prinsiplərini yalnız trend kimi deyil, əsas dəyər kimi qəbul etdiklərini bildirən Fatih Kıvanç, şirkətin bu sahədə konkret nəticələr əldə etdiyini vurğulayıb.

Onun sözlərinə görə, son beş il ərzində enerji sərfiyyatında 40 faiz, qaz istifadəsində isə təxminən 20-25 faiz azalma qeydə alınıb. Bu isə enerjiyə qənaət edən yeni texnologiyaların tətbiqi və istehsalat proseslərinin təkmilləşdirilməsi hesabına mümkün olub.

HƏMÇİNİN OXU

TRT World-un koordinatoru Mövlud Selman Tecim: Kanalda çalışmaq istəyən azərbaycanlılara SƏSLƏNDİ / ÖZƏL + VİDEO

"Seranit Azərbaycan"la İstanbul səfəri - İstirahət dolu ilk gün

"Seranit Group"da Süni İntellekt və İnsan Faktoru – Azərbaycan Bazarına Fokuslanma

 

Avropa İttifaqının ixracla bağlı müəyyən etdiyi ekoloji standartlara uyğunlaşmaq məqsədilə müəssisələrdə istifadə edilən elektrik enerjisinin beşdə biri artıq alternativ mənbələr hesabına qarşılanır. Şirkət bu göstəricini yaxın illərdə ikiqat artırmaq niyyətindədir.

Kıvanç əlavə edib ki, istehsal edilən kafel və keramik plitələrin qalınlığında dəyişiklik edilməklə həm materiala qənaət olunub, həm də məhsulun çəkisi azaldılıb:
“Əvvəllər 12,5 mm olan bu məhsulların qalınlığını 7 mm-ə endirməyə nail olmuşuq. Bu dəyişiklik nəinki keyfiyyəti qoruyub saxlayır, hətta istehsal və daşınma zamanı yaranan əlavə xərclərin də qarşısını alır.”

Onun sözlərinə görə, bu cür yanaşmalar həm təbii resursların daha səmərəli istifadəsinə, həm də karbon qazı tullantılarının azalmasına xidmət edir:
“Bu addımlar bizi ekoloji baxımdan daha məsuliyyətli bir şirkətə çevirir və eyni zamanda, iqtisadi dəyişikliklərə daha dayanıqlı reaksiya verməyə imkan yaradır.”

Onun sözlərinə görə, bu cür yanaşmalar həm təbii resursların daha səmərəli istifadəsinə, həm də karbon qazı tullantılarının azalmasına xidmət edir:
“Bu addımlar bizi ekoloji baxımdan daha məsuliyyətli bir şirkətə çevirir və eyni zamanda, iqtisadi dəyişikliklərə daha dayanıqlı reaksiya verməyə imkan yaradır".

Aygün İlqarqızı / 32gun.az Xəbər Portalının Baş Redaktoru

 

 

Oxşar Xəbərlər