“Atlas Medical Center” Məhdud Məsuliyyətli Cəmiyyətinə operativ vergi nəzarəti zamanı Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması faktı üzrə iki dəfə maliyyə sanksiyası tətbiq edilib.
32gun.az xəbər verir ki, Birinci akt üzrə müəssisə 1.000 manat, ikinci akt üzrə isə 3.000 manat cərimələnib.
32gun.az-ın əldə etdiyi məlumata görə, tibb ocağının dövlətə olan vergi borcu 159.953,22 AZN-ə yüksəlib.
“Atlas Medical Center” MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Əsli Əliyeva Əkbər qızıdır.
Ayaz