DÜNYA ÖZ XƏBƏR

Çin çəki alan işçiləri cərimələyəcək və arıqlayanları mükafatlandıracaq

Çinin məşhur aksiyon kameraları istehsalçısı Insta360 “Arıqlayıb qazanın” adlı korporativ təşəbbüsünü başlatıb.

32gun.az xəbər verir ki City News Service Shanghai məlumat yayıb.

Məlumata görə,  layihə çərçivəsində işçilər çəkilərini azaltdıqları hər 500 qram üçün 500 yuan (təxminən 5,5 min rub.) alırlar. Əksinə, çəki artımı halında hər 500 qram üçün 800 yuan (təxminən 8,8 min rub.) cərimə tətbiq olunur.

Layihədə indiyə qədər 99 əməkdaş iştirak edib, onların ümumi çəkisi 950 kq azaldılıb və şirkət tərəfindən təxminən 1 milyon yuan (təxminən 11 milyon rub.) ödənilib. Hələlik cərimə tətbiq olunmayıb.

Insta360 bildirib ki, təşəbbüs sağlam həyat tərzini təşviq etməyə və işçilərin iş və şəxsi inkişafına müsbət münasibət formalaşdırmağa yönəlib.

Qeyd edək ki, Insta360 işçilər üçün qeyri-adi təşəbbüslər həyata keçirən ilk şirkət deyil. Keçən il şirkət işçilərə görüşdükləri hər tanışlığa görə 66 yuan (təxminən 730 rub.) ödəyirdi. Əgər platforma üzərindən tanış olan cütlük üç ay birlikdə olarsa, şirkət onlara 1000 yuan (təxminən 11 min rub.) ödəmişdi.

Ayaz 

Oxşar Xəbərlər