DÜNYA ÖZ XƏBƏR

"Coca-Cola" "Costa Coffee" zəncirini satacaq

Amerikan şirkəti Coca-Cola Böyük Britaniyada fəaliyyət göstərən ən iri kafe şəbəkəsi Costa Coffee-ni satmağı planlaşdırır. Şirkət bu şəbəkəni 2018-ci ildə 5 milyard dollardan çox məbləğə almışdı.

32gun.az bildirir ki, məlumatı Sky News yayıb.

Həmin materiala görə, yeddi il əvvəl Coca-Cola bu aktiv vasitəsilə biznesini şirin qazlı içkilərə olan asılılığını azaltmaq istəyirdi. İndi isə, mənbələr bildirir ki, Amerika şirkəti potensial alıcılarla ilkin danışıqlar aparıb. Sözləşmə payızda bağlana bilər, lakin Coca-Cola fikrini dəyişə də bilər.

Hazırda Costa Coffee-nin Böyük Britaniyada 2 mindən çox, dünya üzrə isə 3 mindən artıq satış nöqtəsi var. Şirkətin əməkdaşlarının sayı təxminən 35 min nəfərdir. Analitiklər hesab edirlər ki, kafe şəbəkəsinin satışı Coca-Cola üçün zərərlə nəticələnə bilər. Ekspertlərdən biri Costa Coffee-nin Böyük Britaniyadakı dəyərini 2,7 milyard dollar qiymətləndirib.

Qeyd edək ki, ötən ilin yanvarında Coca-Cola bir neçə Avropa ölkəsində məhsullarını geri çağırmışdı. Bu addım içkilərdə xloratların yüksək miqdarda olması səbəbindən atılmışdı. Problem Belçikanın Gent şəhərində aparılan keyfiyyət yoxlaması zamanı aşkarlanmışdı.

Ayaz 

Oxşar Xəbərlər