SOSIAL ÖZ XƏBƏR

Naxçıvandakı Təcili Tibbi Yardım Xidməti nəqliyyat vasitələri təmir ediləcək - 85 min manata

“Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Təcili Tibbi Yardım Xidmətinin nəqliyyat vasitələrinin təmiri üçün satınalınma elan edib.

32gun.az xəbər verir ki, tenderin qalibi “Naxçıvan Motors” MMC olub. Təklifin qiyməti 85.066,04 AZN-dir.

Qalib şirkətin qanuni təmsilçisi Arzu Nağıyev Aydın oğludur, nizamnamə kapitalı isə 20 manatdır.

Ayaz 

Oxşar Xəbərlər