DÜNYA ÖZ XƏBƏR

Özəl məktəbin müəllimi qızlardan intim şəkillər tələb etdiyi üçün həbs olunub /Moskvada

Moskvada elit özəl məktəbin riyaziyyat müəllimi qızlardan açıq-saçıq fotolar tələb etdiyi və sonradan onları şantaj etdiyi üçün məhkum olunub.

32gun.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, 2024-cü ilin əvvəlində pedaqoq tanışlıq tətbiqi və messencerdə saxta hesablar yaradıb. Daha sonra bir qızla yazışaraq ondan intim xarakterli foto alıb. Ardınca şəkli qızın dostlarına göndərməklə hədələyib və bunu etməmək müqabilində onun hesabına 10 min rubl köçürülüb.

Məhkəmə kişinin əvvəllər də oxşar cinayətə görə məhkum olunmasını ağırlaşdırıcı hal kimi nəzərə alıb. Həmin vaxt da o, iki qızı açıq fotoları yaymaqla hədələyərək pul tələb etmişdi. Günahını etiraf etdiyinə və zərəri ödədiyinə görə o zaman daha yüngül cəza almışdı.

2023-cü ildə koloniyadan azadlığa çıxan müəllim bir qadın və onun azyaşlı övladları ilə birlikdə yaşamağa başlamışdı. Lakin məhkəmə bu halı yüngülləşdirici səbəb kimi qəbul etməyib və onu 1,5 il müddətinə ciddi rejimli koloniyaya məhkum edib.

Ayaz 

Oxşar Xəbərlər