SOSIAL ÖZ XƏBƏR

"Nərimanov"da sahibsiz motosiklet tapılıb - 1 ildir ki...

Bakının Nərimanov rayonunda təxminən bir ildir həyətlərdən birində saxlanılan motosikletlə bağlı sakinlər müraciət ediblər.

32gun.az xəbər verir ki,  99-E-293 dövlət nömrə nişanlı motosiklet uzun müddətdir həyətə qoyulsa da, indiyədək onun sahibi görünməyib. Bu səbəbdən ərazidə yaşayanlar nəqliyyat vasitəsinin oğurluq olmasından şübhələnirlər.

Sakinlər motosikleti tanıyan və ya sahibini bilən şəxslərin məlumat verməsini xahiş ediblər.

Motosikletin görüntüləri sosial şəbəkələrdə paylaşılıb və hazırda məsələ ilə bağlı aidiyyəti qurumların diqqətinə müraciət olunması gözlənilir.

Ayaz 

Oxşar Xəbərlər