SOSIAL ÖZ XƏBƏR

Şəhid Cavidan Ağayevin son yadigarı: Ana və atasının öpüşü ilə əbədiləşən foto

Vətənimizin igid övladlarından biri – Cavidan Ağayev şəhidlik zirvəsinə ucalıb.

32gun.az xəbər verir ki, Onun sosial şəbəkələrdə yayılan fotosu isə hər kəsi kövrəldib. Şəkildə Cavidan hər iki valideyninin – atasının və anasının yanaq öpüşləri arasında gülümsəyir.

Bu kadr qəhrəman şəhidimizin ailəsi ilə son anlarının simvoluna çevrilib. Gənc yaşında Vətən uğrunda canından keçən Cavidanın valideynlərinin sevgisi və qüruru üzlərindən oxunur.

Foto sosial şəbəkələrdə geniş paylaşılaraq minlərlə insanın qəlbini sızladıb. İstifadəçilər qəhrəman əsgərin ailəsinə səbir, bütün şəhidlərimizə rəhmət diləyiblər.

Allah rəhmət eləsin!
Ruhun şad olsun, igid!

Ayaz 

Oxşar Xəbərlər