HADİSƏ
Azərbaycanlı meyxanaçıya ağır itki - FOTO
Meyxanaçı Pərviz Sabirabadlıya ağır itki üz verib.
Sənətçinin atası vəfat edib.
32gun.az xəbər verir ki, bu haqda BAKU.WS-ə açıqlama verən meyxanaçı Orxan Lökbatanlı məlumatı təsdiqləyib. O, mərhumun uzun sürən xəstəlikdən dünyasını dəyişdiyini bildirib.
Qeyd edək ki, Pərvizin atası xəstəxanalardan birində həkim işləyirmiş. O, bu gün Sabirabadda dəfn olunacaq.