Valideyn “Logo Center”lə bağlı narazılıq etdi
Leyla Ərdəmturgut adlı şəxs sosial şəbəkədə Qarayevdə yerləşən “Logo Center” Psixoloji Nitq İnkişaf Mərkəzi ilə bağlı narazılığını paylaşıb.
32gun.az xəbər verir ki, Onun sözlərinə görə, övladı hazırda Əhmədli qəsəbəsində fəaliyyət göstərən “İlk Söz” Nitq və Psixologiya Mərkəzinə 1-3-5-ci günlərdə gedir. İş rejimi ilə əlaqədar övladını həmin müəllimin 2-4-6-cı günlərdə çalışdığı “Logo Center”ə keçirmək istədiyini, lakin mərkəzdə buna icazə verilmədiyini bildirib.
Valideyn qeyd edib ki, mərkəzin psixoloqu ona müəllimin yalnız “Logo Center”in müdirəsi Gülay xanımın razılığı ilə dərs keçə biləcəyini deyib:
“Qayidalarına görə müəllim orada davam etməlidir. Psixoloq isə açıq dedi ki, Gülay xanım mənim rəfiqəmdir. Mən də sual etdim ki, mənim uşağım barədə qərarı niyə kimlərinsə icazəsi ilə həll etməlisiniz? Axı hər iki mərkəz ödənişlidir. Bu, biabırçı vəziyyətdir.”
Leyla Ərdəmturgut məsələnin iş prinsiplərinə uyğun olmadığını vurğulayıb.
32gun.az-ın araşdırmasına görə, sözügedən mərkəzin rəsmi adı “LOGO CENTER” Məhdud Məsuliyyətli Cəmiyyətidir və onun qanuni təmsilçisi Ülviyyə Muradova Nəbi qızıdır.
Nizamnamə kapitalı 100 manat təşkil edir.
Ayaz