Mingəçevir Şəhər icra hakimiyyətinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhər ərazisində abadlıq işləri üçün mal-materialların satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.
32gun.az-ın məlumatın görə, satınalmada iştirak üçün tələb olunan şərtlərə uyğun təchizatçıların sayı üçdən az olduğundan (36.1.1-ci maddə) müsabiqə keçirilməyib. Ləğv etmə mətnində qeyd olunub ki, səbəb “təchizatçıların yetərsay olmaması”dır və prosesin yenidən elan edilməsi nəzərdə tutulur.
Layihənin ehtimal olunan dəyəri 338 min 42 manat 41 qəpikdir.
Ayaz