ÖZ XƏBƏR
Gənclər və İdman Nazirliyi tədbirlər üçün avadanlıq icarəsinə 114 min AZN xərcləyəcək - Görün hansı şirkətdən
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi gənclər tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün avadanlıqların icarəsi xidmətini satın alıb.
32gun.az xəbər verir ki, nazirlik tərəfindən bağlanacaq müqavilənin dəyəri 113.988 AZN təşkil edir və qalib şirkət "HIGHLIGHT GROUP" MMC olub.
Satın alınan avadanlıqlar arasında sinxron tərcümə kabinləri, 500 ədəd tərcümə qulaqcığı, infraqırmızı qəbuledicilər və radiatorlar, interfeys modulları, həmçinin audio və rəqəmsal telsiz sistemləri və.s yer alır.
Ayaz