SOSIAL ÖZ XƏBƏR

Elnur Allahverdiyevin “Kontakt Home”undan növbəti şikayət – "2850 manata satılan "iPhone 15 Plus" qızaraq..."

"Gəncə Mall"da yerləşən “Kontakt Home” mağazasından 8 ay əvvəl kreditlə iPhone 15 Plus aldığını bildirən Gündüz Zeynalov cihazın keyfiyyətindən narazılıq edib.

32gun.az bildirir ki, onun sözlərinə görə, təxminən iki ay öncə telefonda həddindən artıq qızma problemi başlayıb:

“Əvvəlcə əməkdaşlardan səbəbini soruşdum, dedilər normal haldır. Amma sonradan telefon elə vəziyyətə çatdı ki, əl yandırırdı. İstilikdən dolayı cihaz deformasiya olundu”.

Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı müraciət etdiyi servis mərkəzində ona “bu problemi özünüz yaratmısınız” cavabı verilib:

“Mən başa düşə bilmirəm, 2850 manata satdıqları telefon necə bu vəziyyətə düşə bilər? Əgər problem aradan qaldırılmasa, Antiinhisar Xidmətinə və digər aidiyyəti qurumlara müraciət edəcəyəm”.

Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsinin sahibi olduğu iddia edilən sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirsə də, son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.

Ayaz 

Oxşar Xəbərlər