ÖZ XƏBƏR
Şirvan Xəstəxanasının 14 min manatlıq "əməliyyatı" dayandırıldı
Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən elan edilmiş sanitariya və gigiyena xidmətlərinin satınalması tenderi ləğv olunub. Tenderin ehtimal olunan qiyməti 14.065,60 AZN olaraq göstərilmişdi.
32gun.az-ın məlumatına görə, ləğvin səbəbi təqdim olunan təkliflərin şərtlər toplusunun tələblərinə uyğun gəlməməsidir.
Ləğv protokolunda qeyd olunur ki, qərar nəzarət orqanının AİBNDA/SQ-9174/2025 nömrəli məktubuna əsasən qəbul edilib.
Beləliklə, tender prosesi dayandırılıb və yenidən elan olunması gözlənilir.
Ayaz