DÜNYA ÖZ XƏBƏR

Tramp Britaniya kralı ilə görüşdə etiketi pozdu

ABŞ Prezidenti Donald Tramp dövlət səfəri çərçivəsində Böyük Britaniyada maraqlı an yaşadıb.

32gun.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, Vindzor qalasında keçirilən rəsmi mərasim zamanı bir neçə dəfə Britaniya kralı III Karlın kürəyinə vurub.

Hadisə mərasim başlamazdan əvvəl, monarxla birlikdə tribunaya qalxarkən baş verib. Qeyd olunur ki, Böyük Britaniya kralına toxunmaq ciddi etik qayda pozuntusu hesab olunur.

Sentyabrın 17-də Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə Vindzor qalasına gəlib. Onları təyyarə trapında Uels şahzadəsi Uilyam və həyat yoldaşı Ketrin Middlton qarşılayıb. Daha sonra cütlük kral III Karl və kraliça Kamillaya təqdim edilib.

Trampın səfəri Londonda etiraz aksiyalarına da səbəb olub. Şəhərin mərkəzində, BBC-nin qərargahı yaxınlığında saat 14:00-da (yerli vaxtla) etirazçılar toplaşmağa başlayıblar. Gözlənildiyi kimi, minlərlə insan Parlament meydanına doğru hərəkət edərək mitinq təşkil etməyə hazırlaşır.

Ayaz 

Oxşar Xəbərlər