SOSIAL ÖZ XƏBƏR

Gündə neçə fincan qəhvə içmək olar? – Xəbərdarlıq edilir❗

Qəhvə bir çox insan üçün günə başlamağın ayrılmaz hissəsinə çevrilib. Yorğunluqdan xilas olmaq, diqqəti artırmaq və enerjini yüksəltmək üçün seçilən bu içkinin həm faydalı, həm də zərərli tərəfləri mövcuddur. Mütəxəssislər isə balansın qorunmasının vacibliyini vurğulayırlar.

32gun.az bununla bağlı qısa araşdırma aparıb:

Faydalı tərəflər

Araşdırmalara görə, orta miqdarda qəhvə qəbul etmək beyində oyanıqlığı artırır, diqqəti toplamağa kömək edir və metabolizmi sürətləndirə bilir. Hətta bəzi elmi işlər qəhvənin qaraciyər və ürək-damar xəstəliklərinin riskini azaltma ehtimalından da bəhs edir.

Günde En Fazla Kaç Fincan Kahve İçilmeli? | TÜBİTAK Bilim Genç

Zərərləri nələrdir?

Lakin qəhvənin zərərli tərəfləri də az deyil. Gec saatlarda içildikdə yuxusuzluq yaradır, həssas mədəsi olanlarda turşuluğu artırır və qastrit şikayətlərini gücləndirə bilir. Həddindən artıq kofein qəbul edildikdə isə əsəbilik, ürək döyüntülərində sürətlənmə və asılılıq kimi təsirlər ortaya çıxır.

Günde En Fazla Kaç Tane Kahve İçmek Gerekir?

Qidalanma üzrə mütəxəssis Elvin Məmmədli 32gun.az-a açıqlamasında bildirib ki, sağlam insan üçün təhlükəsiz hədd gündə 2–3 fincandır:

"Əgər insanın ürək-damar və ya mədə-bağırsaq problemi yoxdursa, gündə 2–3 fincan qəhvə faydalı ola bilər. Amma 4–5 fincan və daha çox içildikdə orqanizmdə yuxu pozğunluğu, sinir gərginliyi və hətta təzyiq problemləri qaçılmaz olur. Əsas məsələ balansı qorumaq və axşam saatlarında qəhvədən uzaq durmaqdır."

Nəticə onu göstərir ki, kspertlər hesab edir ki, qəhvə tamamilə zərərli içki deyil. Əksinə, ölçülü qəbul edildikdə həm enerji, həm də sağlamlıq baxımından faydalıdır. Amma hər kəsin orqanizmi fərqli olduğundan, şəxsi sağlamlıq vəziyyətinə uyğun şəkildə qəhvənin miqdarını tənzimləmək vacibdir.

Nilay Özsöz

Oxşar Xəbərlər