ÖZ XƏBƏR
“Ağciyər Xəstəlikləri Mərkəzi”ndə ventilyasiya sistemləri üçün 123 min AZN
“Ağciyər Xəstəlikləri Mərkəzi” Publik Hüquqi Şəxsi ventilyasiya sistemlərinin alınması və quraşdırılması ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ıni məlumatına görə, satınalmanın qalibi “ATLANTİS CONSTRUCTION GROUP” MMC olub. Bağlanması nəzərdə tutulan müqavilənin dəyəri 122.849,8 AZN təşkil edir.
Bildirək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 50 manatdır. Hüquqi şəxsin qanuni təmsilçisi isə Fərid Yusifli Cavanşir oğludur.
Ayaz