Özbəkistanın paytaxtı Daşkənddə qısqanclıq zəminində baş verən mübahisə ağır faciə ilə nəticələnib.
32gun.az xəbər verir ki, bu barədə Darakchi nəşri məlumat yayıb.
Məlumata görə, dördüncü mərtəbədə yaşayan ər-arvad arasında mübahisə zamanı qadın 2022 və 2024-cü illərdə doğulan iki oğlunu pəncərədən atıb. Bir qədər sonra isə özü də pəncərədən yıxılıb.
Hadisə yerinə çağırılan həkimlər qadını və uşaqları xəstəxanaya çatdırıblar. Qadının həyatını xilas etmək mümkün olmayıb. Uşaqlar sağ qalıb, lakin onların vəziyyəti barədə məlumat verilməyib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları cinayət işi açıb, İstintaq Komitəsinin əməkdaşları araşdırmaları davam etdirirlər.
Xatırladaq ki, bir qədər əvvəl Qızıl şəhərində iki yaşlı qız uşağı anasının nəzarətsizliyi səbəbindən açıq quyunun içinə yıxılmış, lakin təsadüfi bir keçən tərəfindən xilas edilmişdi.
Nilay