Kamerun prezidenti Pol Biyanın qızı Brenda Biya vətəndaşlara müraciət edərək, atasına qarşı səs verməyə çağırıb.
32gun.az xəbər verir ki, bu barədə “RFI” radiostansiyası məlumat yayıb.
27 yaşlı Brenda Biya sosial şəbəkə TikTok-da paylaşdığı videomüraciətdə atasını xalqı və ailəsini əziyyətə salmaqda ittiham edib:
"Pol Biya üçün səs verməyin. O, təkcə xalqını deyil, öz ailəsini də əzab içində qoydu. Ümid edirəm ki, bizdə başqa prezident olacaq", – deyə o bildirib.
Bir müddət sonra onun hesabında həmin video əlçatmaz olub.
Ekssentrik davranışları ilə tanınan və ailəsindən ayrı yaşayan Brenda Biya prezidentin yeganə qızıdır. 92 yaşlı Pol Biyanın ümumilikdə üç övladı var.
Xatırladaq ki, 2025-ci ilin yanvarında Pol Biya yenidən prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Kamerunda dövlət başçısı seçkiləri 12 oktyabr 2025-ci ildə keçiriləcək. Ümumilikdə seçkiyə 13 namizəd buraxılıb.
Ayaz