SOSIAL ÖZ XƏBƏR

Abdin Fərzəliyevin başçı olduğu Abşeron Rayon İcra Hakimiyyəti 247 min AZN-i bu şirkətə köçürdü

Abşeron Rayon İcra Hakimiyyəti tədbirlərin təşkil olunması xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi ilə müqavilə bağlayıb.

32gun.az xəbər verir ki,  qalib "Medical Media" MMC ilə bağlanmış müqavilənin ümumi dəyəri 247.782,3 AZN təşkil edir.

Qeyd edək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır. “Medical Media” MMC-nin qanuni təmsilçisi isə Sədi Məmmədov Əbülfət oğludur.

Xatırladaq ki, hazırda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.

Ayaz 

Oxşar Xəbərlər