Rusiyanın Tula vilayətində “Tula–Novomoskovsk” avtomobil yolunda ağır yol qəzası baş verib.
32gun.az xəbər verir ki, bu barədə ölkənin Tula vilayəti Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi İdarəsi məlumat verib.
Məlumata görə, hadisə bu gün saat (Rusiya saaı ilə) 18:26-da yolun 17-ci kilometrində qeydə alınıb. İlkin məlumata əsasən, Kia markalı avtomobil qarşı hərəkət zolağına çıxaraq avtobusla toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Kia taksi fəaliyyəti ilə məşğul olan avtomobil olub.
Hazırda Dövlət Yol Polisi əməkdaşları qəzanın nəticələrini aradan qaldırır, baş vermə səbəbləri araşdırılır.
Ayaz