Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi Əshabi-Kəhf Ziyarətgahı Dini Mədəni Abidə Kompleksində tikilməsi planlaşdırılan Qonaq Evinin layihələndirilməsi və smeta sənədlərinin hazırlanması xidmətlərinin satınalmasını yekunlaşdırıb.
32gun.az xəbər verir ki, qalib şirkət "ENTRE" MMC olub.
Təklifin qiyməti 220.336,68 AZN təşkil edib.
Şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi Rüfət Qarayev Süleyman oğludur.
Nilay