SOSIAL ÖZ XƏBƏR

Jetex.az ödənişi geri qaytarmır - Müştəri narazılığı

Asya Salahlı adlı vətəndaş Jetex.az karqo şirkətindən narazılığını bildirib

32gun.az xəbər verir ki, onun sözlərinə görə, iyul ayında sifariş balansını artırsa da, məhsulun bitməsi səbəbilə sifarişi reallaşmayıb. Müştəri şirkətə dəfələrlə müraciət edərək ödədiyi məbləğin kartına geri qaytarılmasını xahiş edib.

Şirkət isə əvvəlcə müraciətlərə bir həftə ərzində baxıldığını bildirib. Lakin sonrakı aylarda da "bu həftə yox, gələn həftə" vədlərinə baxmayaraq, pulun geri qaytarılması baş verməyib.

Asya Salahlının sözlərinə görə, ödədiyi məbləğin çatdırılma balansına keçirilməsinə belə razı olub, amma şirkət bu addımı da atmır:

"Məcbur qalıram ki, hesabımda pulum qaldığı halda hər dəfə daşınma balansımı artırım, əks halda bağlamamı təhvil vermirlər."

Müştəri şirkətin bu davranışını aldadıcı xidmət və istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirib.

Ayaz 

Oxşar Xəbərlər