SOSIAL ÖZ XƏBƏR

“Azəristiliktəchizat”ın 59 minlik tenderi ləğv edildi - SƏBƏB

“Azəristiliktəchizat” ASC İstilik Elektrik Mərkəzindən qidalanan mövcud 8 ədəd istilik məntəqəsinin müasir tipli qazanxanaya çevrilməsi ilə bağlı məhəllədaxili istilik xətlərinin layihələndirilməsi işlərinin satınalınması üzrə elan etdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki, tenderin ləğv edilməsinə səbəb kimi satınalmada iştirak edən və tələb olunan lisenziya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olması göstərilib. Bu səbəbdən, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq müsabiqə ləğv edilib.

Layihənin ehtimal olunan dəyəri 59 min 511,33 manat təşkil edirdi.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-yə İlham Mirzəliyev rəhbərlik edir.

Ayaz 

Oxşar Xəbərlər