Zara.com-un Azərbaycandakı rəsmi onlayn satış platforması ilə bağlı narazılıq yaranıb.
32gun.az xəbər verir ki Reyhan Mürsəlova bildirir ki, 11 sentyabr 2025-ci ildə sayt vasitəsilə çanta sifariş verib. Sifariş zamanı çatdırılma tarixi kimi 23 sentyabr göstərilsə də, məhsul hələ də müştəriyə çatdırılmayıb:
“Başlanğıcda dedilər ki, sifarişim 24–25 sentyabr tarixlərində gələcək. Daha sonra dedilər 29–30 sentyabr. Artıq 10 gündən çoxdur gözləyirəm, amma sifariş hələ də gəlməyib. Online sifariş verərkən bu qədər gecikmə qəbuledilməzdir, xüsusilə də yerli sifariş üçün. Xarici saytlardan sifarişlər daha tez çatdırılır”.
Nilay