SOSIAL ÖZ XƏBƏR

Brend marka tutqusu: "iPhone 17" yarışına tələsənlər

 Son günlər dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda da yeni çıxan iPhone 17-nin satışa çıxması ilə bağlı böyük maraq yaranıb. Dünyada satışa çıxarılan ilk gün uzun növbələr, sosial şəbəkələrdə “ilk alan mənəm” yarışları və yüksək qiymətinə baxmayaraq, telefonun sürətlə satılması müşahidə olunur.

32gun.az bu barədə araşdırma edib: 

iPhone Satın Alın - Apple (TR)

Brendə bağlılıq və prestij yarışı

Mütəxəssislərin sözlərinə görə, insanlar bu cür texnoloji məhsulları yalnız funksionallığına görə deyil, həm də status göstəricisi kimi əldə etməyə çalışır. Bu hal “brend marka tutqusu” adlandırılır və psixoloji təsirlərdən daha çox sosial imiclə əlaqələndirilir.

Sosial şəbəkələrdə paylaşım etmək, ətrafda fərqli görünmək və ya sadəcə dəbli görünmək istəyənlər yeni modelin istifadəsini prestij sayırlar. Halbuki gündəlik istifadə üçün əvvəlki nəsil cihazların da ehtiyacları qarşılamağa kifayət etdiyi bildirilir.

iPhone 17 Air rumors: Everything we know so far | Laptop Mag

Qiymət və real dəyər

Azərbaycanda iPhone 17-nin satış qiymətləri bazara çıxan kimi sürətlə müzakirə olunmağa başlayıb. Rəsmi mağazalarda və paralel idxalda təklif olunan qiymətlər ortalama 3500-5000 AZN aralığında dəyişir. Bu məbləğ bir çox ailənin aylıq gəlirindən dəfələrlə çoxdur.

Ekspertlər bildirirlər ki, bu, artıq texnologiyadan daha çox istehlak davranışı məsələsinə çevrilib.

I've tested every iPhone 17 model, and I'm recommending something different  this time | ZDNET

Marketinq üzrə ekspert Rəşad Həsənli məsələ ilə bağlı 32gun.az-a açıqlamasında deyib:

“Yeni iPhone modellərinin satışa çıxarılması əslində Apple şirkətinin ustalıqla yaratdığı bir bazar psixologiyasıdır. İnsanlarda ‘ən yeni modeli mən istifadə etməliyəm’ düşüncəsi formalaşdırılıb. Burada həm də sosial təsir amili var: insanlar ətrafındakıların gözündə daha prestijli görünmək üçün yüksək məbləğlər ödəməyə hazır olurlar. Halbuki, gündəlik istifadə üçün iPhone 14 və ya 15 də kifayət qədər güclüdür. İstehlakçıların bir qismi texniki fərqləri araşdırmadan sadəcə dəb xatirinə yeni modelə üz tutur.”

How to Trademark a Clothing Brand - A ULTIMATE GUIDE

Nəticə bunu göstərir ki...

Yeni iPhone 17 telefonları ətrafında yaranan “yarış” bir daha göstərir ki, brend marka tutqusu insanların istehlak davranışında böyük rol oynayır. Bu hal həm sosial status axtarışının, həm də marketinq mexanizmlərinin bir nəticəsi kimi qiymətləndirilir.

Nilay

Oxşar Xəbərlər