Qananın 35 yaşlı sakini Benyamin Ovusu polis əməkdaşlarının diqqətini çəkib.
32gun.az xarrici mətbuata istinadən xəbər verir ki, hadisə Millennium-Citydə baş verib. Ovusu əvvəlcə evində qarət olunduğunu iddia edərək işəgötürəninə məlumat verib.
Şikayət əsasında hadisə yerinə gələn polis onun evində qan ləkələri aşkarlayıb. Lakin ekspertiza nəticəsində məlum olub ki, bu, insan qanı deyil. Sonradan Ovusu başqa şəhərdə tapılaraq saxlanılıb.
İstintaq zamanı o, etiraf edib ki, evini ördək qanı ilə “boyayıb” və qarət səhnəsini quraşdırıb. Məqsədi isə işəgötürənin ona müvəqqəti saxlaması üçün verdiyi pulu qaytarmamaq olub. Pulları xərcləyib-xərcləmədiyi barədə məlumat verilməyib.
Ovusu həbs olunub və yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.
Nilay