DÜNYA ÖZ XƏBƏR

İsrailin Yəmənin paytaxtı Sanaya endirdiyi zərbələrdə 142 nəfər yaralandı, 8 nəfər öldü

İsrailin Sənaya endirdiyi hava hücumları nəticəsində yaralıların sayı 142-yə çatıb, daha 8 nəfər isə həyatını itirib.

32gun.az xəbər verir ki, Yəməndə husilərin rəhbərlik etdiyi hökumətin Səhiyyə Nazirliyinin nümayəndəsi Ənis əl-Əsbaşi bildirib.

Məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a yollanan təyyarədə olarkən Yəməndə “Ənsar Allah” (husilər) hərəkatına məxsus obyektlərin vurulması barədə göstəriş verib.

Aviazərbələr 25 sentyabrda paytaxt Sənada həyata keçirilib. Hücumlar prezident sarayının ərazisində yerləşən hərbi düşərgə də daxil olmaqla bir sıra obyektlərə, həmçinin husilərin lideri Bədr əd-Din əl-Husinin həftəlik çıxışının yayımlandığı vaxtda baş verib.

İsrailin müdafiə naziri İsrael Kats əməliyyatı təsdiqləyərək bildirib ki, İsrail Müdafiə Qüvvələri bir neçə hərbi düşərgəni, o cümlədən husilərin Baş Qərargah düşərgəsini vurub, onlarla husini zərərsizləşdirib və PUA-lar, silah anbarlarını məhv edib.

Ayaz 

Oxşar Xəbərlər