SOSIAL ÖZ XƏBƏR

“166 Xalçayuma” müştərinin xalçasını geri qaytarmadı - 3 günlük vəd pozuldu

17 sentyabrda “166 Xalçayuma” xidmətinə təhvil verdiyi xalçalarını hələ də geri ala bilməyən müştəri ciddi narazılıq ifadə edib.

32gun.az-ın məlumatına görə, müştəri bildirib ki, dünən müəssisəyə zəng etdikdə, xalçalarından birinin qarışdığı və itib-getdiyi barədə məlumat verilib.

Müştəri qeyd edir ki, şirkət reklamında xalçaların 3 gün ərzində təhvil veriləcəyi bildirilmişdi, lakin həm müddət gözləniləndən çox gecikib, həm də xalçalardan biri itib. Həmçinin, müştəri bildirir ki, müəssisə tərəfindən müştərilərə proaktiv məlumat verilməyib və yalnız müştəri zəng edərək maraqlananda vəziyyət ortaya çıxıb.

“İllərlə bu şirkətə xalça yuma üçün müraciət etmişdim, lakin bu dəfə ‘3 gün’ vədinə aldanmışam. Mən aldandım, amma digər müştərilər bu cür boş reklamların təsirinə düşməsin,” – deyə müştəri, Asena adlı şəxs bildirib.

Ayaz 

Oxşar Xəbərlər