ÖZ XƏBƏR

Ağcabədi Rayon Mərkəzi Xəstəxanası bərk inventar mallarını alır

“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi PHŞ üçün tələb olunan bərk inventar mallarının satın alınması üzrə tender elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 10.797,00 manat təşkil edir. Tender çərçivəsində xəstəxanaya 2 qapılı, ayaqlı paltar dolabları, gözləmə otağı üçün metal korpuslu və dəri üzlü kreslolar, qara parça ilə örtülmüş İSO stullar və çarpayı yanı laminat-MDF dolapçalar alınacaq.

Paltar dolabları xromlaşmış asilqan və xüsusi qıfıl mexanizmi ilə təchiz ediləcək, kreslolar perforasiya olunmuş oturacaq və bel hissəsinə malik olacaq, İSO stullar ortopedik meş materialından hazırlanacaq, çarpayı yanı dolapçalar isə alt hissəsi qapılı və siyirməli olacaq. Bütün avadanlıqların material keyfiyyəti və ölçüləri rəsmi tələblərə uyğun olmalıdır.

Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına Təranə Məmmədova baş direktor təyin olunub.​​​​​

Ayxan 

Oxşar Xəbərlər