Azərbaycan sənət dünyası ağır itki ilə sarsıldı. Bildiyiniz kimi, bu gün əməkdar artist, "Planet Parni iz Baku" KVN komandasının sevilən siması Cabir İmanov bu gün, 49 yaşında qəfil vəfat edib. aktyor paytaxtın Səbail rayonu ərazisindəki idman zallarından birində məşq edərkən infarkt keçirib. Cabir İmanovun vəfatı xəbəri sosial şəbəkələrdə böyük rezonans doğurdu.
32gun.az xəbər verir ki, bu kədərli hadisədən dərhal sonra "Planet Parni iz Baku" kollektivinin ümummilli lider Heydər Əliyev ilə çəkdirdiyi tarixi foto yenidən gündəmə gəldi və istifadəçilər arasında dərin təəssüf hissi yaratdı.

Gündəm Olan O Foto: İki Erkən İtki
Paylaşılan fotoda "Bakılı Oğlanlar"ın bütün üzvləri, o cümlədən sonradan Milli Məclisin deputatı olmuş və kollektivin rəhbəri Anar Məmmədxanlı ilə Cabir İmanov bir aradadır.
Diqqət çəkən əsas məqam isə hər iki istedadlı sənətçinin nisbətən erkən yaşda vəfat etməsidir:
Cabir İmanov 49 yaşında (22 iyun 1976, Bakı – 29 sentyabr 2025),
Anar Məmmədxanlı isə 41 yaşında (20 iyul 1970, Bakı – 23 aprel 2011) dünyasını dəyişib.
Bu foto, hər iki mərhum sənətçinin parlaq karyerasının başlanğıc dövrünə aid olaraq, hazırda Azərbaycan ictimaiyyəti üçün kədərli bir xatirəyə çevrilib. Onlar Azərbaycan yumor və sənət mədəniyyətinə verdikləri töhfələrlə həmişə xatırlanacaqlar.
Allah rəhmət eləsin!
Nilay