Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təsərrüfat və elektrik mallarının satın alınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, Tender çərçivəsində 500 ml-lik su, isitmə və soyutma sistemi üçün izolyasiya və izolyasiya bantları, metal və plastik boru və fitinqlər, rekorlar, vantuslar, kanalizasiya trosu, qaz balonları və pas açan kimi müxtəlif malların alınması nəzərdə tutulur.
Ehtimal olunan qiymət 18.173,45 AZN-dir. Satınalma nazirliyin təsərrüfat işlərinin səmərəli aparılmasına və inzibati xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edəcək.
Nilay