ÖZ XƏBƏR

Naxçıvanda avtomobil yollarının əsaslı təmiri üçün 22,8 milyon manat

“Naxçıvan Yol Təchizat” MMC Naxçıvan şəhəri, Culfa, Şərur və Babək rayonlarında bəzi qəsəbə və kənd daxili avtomobil yollarının əsaslı təmir işləri üzrə satınalma keçirib.

 32gun.az xəbər verir ki, tenderin qalibi “Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialı olub. Qalib şirkətlə 22 milyon 850 min 194 manat 66 qəpik dəyərində müqavilə bağlanması gözlənilir.

Qeyd edək ki, şirkətin Azərbaycandakı filialının qanuni təmsilçisi Aydın Polatdır.

Şirkətin filialının qanuni təmsilçisi Aydın Polatdir.

Xatırladaq ki, sözügedən şirkət ötən bir neçə dəfə gömrükdə qayda pozuntusu ilə məhkəməlik olmuşdu. 

Nilay

Oxşar Xəbərlər