"Qarabağ" futbol klubunun oyununa bilet alan bir vətəndaş İticket.az şirkətindən narazılığını bildirib. 32gun.az xəbər verir ki, o açıqlamasında qeyd edib ki, aldığı bilet onun razılığı olmadan iki nəfərə köçürülüb:
“Qarabağın oyununa bilet almışam. Biletim məndən xəbərsiz 2 şəxsə transfer olunub. Bu nə deməkdir? Dərəbəylikdir. İticket.az mənim biletim hardadır? Kim sizə bu səlahiyyəti verib müştəridən xəbərsiz bilet transfer etməyi?” – deyə vətəndaş vurğulayıb.
Ayaz