SOSIAL ÖZ XƏBƏR

“Uzun Ömür” brendindən İYRƏNCLİK: “Qatıq deyil, marqarin dadı gəlir” / FOTO

Naim adlı vətəndaş sosial şəbəkədə “Uzun Ömür” brendinə məxsus “Yağlı Qatıq” məhsulu ilə bağlı narazılığını paylaşıb.

32gun.az-ın məlumatına görə, O bildirib ki, aldığı qatıq dad baxımından qatıqdan çox margarinə bənzəyir və tamamilə yararsız vəziyyətdədir:

“Bu qatığı kim nə məqsədlə istehsal edir bilmirəm. Qatıq bildiyiniz margarin dadındadır. Çox pis, nə badə bu məhsulu alasınız. Canınıza yazığınız gəlsin, dadı bərbad idi”, – deyə o, paylaşımında qeyd edib.

Paylaşımda məhsulun qablaşdırma fotosu da yer alıb. Vətəndaş, brendin keyfiyyətinə ciddi şübhə etdiyini vurğulayıb.
Nilay 

Oxşar Xəbərlər