Vətəndaş bildirib ki, ABB Bankda kredit öhdəliyi ilə bağlı ciddi problemlə üzləşib. Onun sözlərinə görə, həm ABB, həm də digər bankdan kreditləri var.
32gun.az xəbər verir ki, digər bankın maaş kartı vasitəsilə ödənişlər tutulduğu halda, ABB-yə ödənişləri müəyyən müddət edə bilib, lakin sonradan ödəyə bilməyib.
Müqavilədə qeyd olunub ki, 120 gün gecikmə olarsa, məhkəməyə müraciət ediləcək. Vətəndaşın sözlərinə görə, aprel ayından ödənişlər edilmədiyi halda, ABB Bank məhkəməyə müraciət etməyib və faizlər isə artmağa davam edib.
Ödənişləri azaltmaq və kredit müddətini uzatmaq üçün banka müraciət edib, lakin mümkün olmadığı bildirilib. Bankın qaynar xəttinə zəng etdikdə isə məhkəməyə məlumat veriləcəyi vətəndaşa bildirilib. Lakin uzun müddət xəbər gəlməyib və bankın əməkdaşları vətəndaşı narahat etməmək məqsədilə məhkəmə prosesinin onsuz da keçiriləcəyini deyiblər.
Daha sonra isə vətəndaşa bildirilib ki, məbləğ 15.000 AZN-dən aşağı olduqda məhkəmə prosesi olmayacaq, yalnız notarial qaydada icraya yönəldiləcək. Vətəndaş öhdəlikdən boyun qaçırmadığını, ödənişlərin mümkün qədər bölünüb verilməsini istədiyini və faizlərin bununla belə artdığını qeyd edib.
Vətəndaş məsələ ilə bağlı bankın daha şəffaf və ədalətli yanaşmasını tələb edir.
Ayaz