SOSIAL
Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
Bu ilin sentyabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 149 min 513 nəfər olub.
Bu barədə 32gun.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onların 113 min 147-si yaşa, 14 min 216-sı əlilliyə, 22 min 150-si isə ailə başçısını itirməyə görə pensiya alıb.