Xəbər verildiyi kimi, Albaniyanın baş naziri Edi Rama Kopenhagendə Avropa Siyasi Birliyinin sammitindən öncə Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyişi mühüm addım kimi dəyərləndirib.
“Bu, diqqətəlayiq bir hadisədir. Nəticə hər iki ölkə liderinin göstərdiyi liderlik və ABŞ prezidentinin səyləri sayəsində mümkün oldu. Bu, böyük nailiyyətdir”, – deyə Rama bildirib.
32gun.az bildirir ki, Sammit çərçivəsində Albaniya prezidenti Azərbaycan və Fransa liderləri İlham Əliyev və Emmanuel Makronla görüşüb. Ramanın diqqət çəkən zarafatı isə dünya mediasında gündəm yaradıb: “Siz məni və İlham Əliyevi təbrik etmədiniz. Tramp artıq aramızdakı "münaqişə"yə son qoydu”.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan sülhündən danışarkən səhvən Albaniyanı qeyd etmiş və “Azərbaycan ilə Albaniya arasında 30 illik münaqişə sona çatdı” demişdi.
Görüş zamanı Makron Ramanın bu zarafatına maraqlı cavab verib. O cavab olaraq Ramanın üzünə zarafatla sillə vurub və gedib. Bu anlar beynəlxalq media tərəfindən geniş işıqlandırılıb.
Ayaz