SİYASƏT ÖZ XƏBƏR

Ümummilli Liderin təmkin nümunəsi sosial şəbəkələrdə xatırlanıb

Sosial şəbəkələrdə Ümummilli Lider Heydər Əliyevlə bağlı maraqlı paylaşım yayılıb.

32gun.az bildirir ki, Paylaşıma görə, təltifetmə mərasimlərindən birində şair Rəsul Rzanın yaxasına orden taxılarkən televiziya əməkdaşları kadrı lentə ala bilməyib.

Rejissor Vasif Babayev təlaşla mühafizəyə bildirib ki, təqdimat çəkilməyib. Mühafizə rəhbəri isə deyib ki, “bunu deyə bilmərəm, hirslənər”. Babayev isə vurğulayıb ki, axşam ekranda göstərilməsə, vəziyyət daha pis olacaq.

Sonda Babayev Heydər Əliyevi ucadan səsləyib: “Yoldaş Əliyev, lent qurtardı, çəkə bilmədik.”

Ulu Öndər isə əsəbləşmədən, gülümsəyərək deyib: “Olur belə hal. Təzə lenti taxmağa neçə dəqiqə vaxt lazımdır?” Babayev cavab verib: “3 dəqiqə, yoldaş Əliyev.” Heydər Əliyev isə deyib: “10 dəqiqə olsun. İşinizi rahat görün…”

Hadisə Ümummilli Liderin təmkin və anlayış nümunəsi kimi sosial şəbəkələrdə geniş paylaşılıb.

Ayaz 

Oxşar Xəbərlər