SOSIAL ÖZ XƏBƏR

FHN Akademiyası üçün yeni avadanlıqlar alınıb - 62 min manata

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası üçün satınalmaların qalibi müəyyənləşib.

“32gun.az” xəbər verir ki, tender müsabiqəsinin qalibi “QAFQAZ VVOOD” MMC olub. Şirkət FHN Akademiyası ilə ümumi məbləği 61 min 830,82 manat olan müqavilə imzalayıb.

Müqaviləyə əsasən, Akademiya üçün müxtəlif təyinatlı avadanlıq və mebellərin alışı nəzərdə tutulub.

Siyahıya idman zalı üçün ölçüsü 1400x2000 sm olan divar güzgüləri, qapı və pəncərələr üçün dəmir barmaqlıqlar, geyim dolabları, paltar asılqanı üçün stellajlar, reaktiv saxlamaq üçün dəmir dolab, yeməkxana üçün jalüz (zebra), laminat stellaj, şüşəli sərgi dolabı, həmçinin müxtəlif tipli kreslolar, stullar və partalar daxildir.

Bundan əlavə, Akademiya üçün 2 qapılı paltar dolabları, inspektor masaları və paltar asılqan kabinetlər də alınacaq.

Qeyd edək ki, satın alınan bütün avadanlıqlara 2 il rəsmi zəmanət təqdim olunacaq.
Ayaz 

Oxşar Xəbərlər