SOSIAL ÖZ XƏBƏR

“Hollywood Smile Dent”ə maliyyə sanksiyası tətbiq olundu

“HOLLYVVOOD SMILE DENT” MMC-yə qarşı operativ vergi nəzarəti zamanı qanun pozuntusu aşkarlanıb.

“32gun.az” xəbər verir ki, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə şirkətə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

32gun.az-ın əldə etdiyi digər məlumata görə, “HOLLYVVOOD SMILE DENT” MMC-nin dövlət büdcəsinə 10 min 54,59 manat vergi borcu da mövcuddur.

Şirkət Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi 30B ünvanında qeydiyyata alınıb.

Nizamnamə kapitalı 50 manat olan cəmiyyətin qanuni təmsilçisi Şəfayət Zülfüqarov Əli Hüseyn oğludur.

Ayaz 

Oxşar Xəbərlər