Naxçıvan şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitariya Təmizlik İdarəsi nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması və quraşdırılması xidmətləri üzrə satınalma elan edib.
“32gun.az” xəbər verir ki, Tenderin ehtimal olunan məbləği 161 min 416 manat təşkil edir.
Məlumata görə, satınalma çərçivəsində CAT 432 loader üçün arxa təkərlər, Johnston və Karcher yer süpürənlər, MAZ və Mercedes texnikaları üçün starterlər, mühərrik və arxa mühərrik təmiri, hava və turbo kompressorlar, yüksək təzyiqli şlanqlar, eləcə də sürətlər qutusunun tyaqaları kimi ehtiyat hissələri quraşdırılma daxil olmaqla alınacaq.
Ayaz