Bir sosial şəbəkə istifadəçisi "Expargo" kargo şirkətindən narazılığını paylaşıb.
32gun.az xəbər verir ki, O, Sephora mağazasından verdiyi sifarişin uzun müddətdir xarici anbarda hərəkətsiz qaldığını bildirib.
İstifadəçi qeyd edib ki, şirkətə dəfələrlə müraciət etsə də, hər dəfə eyni cavab alır: bağlamaların həftədə bir dəfə xarici anbardan çıxarıldığı deyilir. Lakin faktiki olaraq sifarişin daşınmasında irəliləyiş müşahidə olunmur.
Müştəri həmçinin sual edir ki, bu cür problemlərlə bağlı şikayətlər hansı qurumlara ünvanlanmalıdır.
Son vaxtlar sosial şəbəkələrdə kargo şirkətlərinin xidmət keyfiyyətindən narazılıqların artdığı diqqət çəkir.
Ayaz