SOSIAL

Keçmiş deputatın qardaşının paylaşdığı şeir diqqət çəkib: "Zahir yaşamadı, bəxtikəm getdi"

Milli Məclisin sabiq deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin qardaşı, şair Zahir Abbas yeni şeirini sosial şəbəkədə paylaşıb.

32gun.az bildirir ki, Şeirdə şairin duyğusal yaşam tərzi və daxili sarsıntıları əks olunub. Əsərdə “Zahir yaşamadı, bəxtikəm getdi” misrası xüsusilə ön plana çıxır.

Şeirdə deyilir:

Közəm, yanıb-yanıb külə dönərəm,
Saralan, bükülən gülə dönərəm,
Ömürdən silinən ilə dönərəm,
Mən sənin yanına dönən deyiləm.

Nəyini bəyənim, nəyini sevim?
Özüm tək sönükdü ocağım, evim,
Bir ümid qoydun ki, təsəllim deyim,
Mən sənin yanına dönən deyiləm.

Zahir yaşamadı, bəxtikəm getdi,
İllərə can verdi, günlərdə itdi,
Bitdi nakam ömrüm, beləcə bitdi...
Mən sənin yanına dönən deyiləm.

Qeyd edək ki, Zahir Abbas bir müddətdir poeziya ilə məşğuldur və sosial şəbəkədə özünəməxsus ədəbi paylaşımları ilə tanınır.

Nilay 

Oxşar Xəbərlər