Sosial şəbəkələrdə “Dr. Milk” markası ilə satılan “Naxçıvan dovğası” adlı məhsulla bağlı şikayət paylaşılıb.
32gun.az xəbər verir ki, Paylaşımda qeyd olunur ki, məhsulun üzərində tərkibində noxud və düyü olduğu yazılsa da, faktiki olaraq bunların heç biri içərisində yoxdur.
İstifadəçi yazıb:
“Naxçıvan dovğası adı ilə dovğa satılır. Qiyməti də digərlərindən bahadır. Üstünə yalandan yazılıb ki, tərkibində noxud var. Amma qətiyyən noxud yoxdur. Heç düyü də yoxdur. Amma yalandan üstünə yazılıb. Tamamilə istehsalçı fırıldağı bir məhsuldur. Almayın.”
Ayaz