Naxçıvan Dövlət Universiteti üçün mühafizə xidmətinin satınalınması üzrə qalib şirkət müəyyən edilib.
32gun.az xəbər verir ki, qalib "KAPİTAL SECURITY" Qapalı Səhmdar Cəmiyyəti olub.
Şirkətin təklif etdiyi qiymət 289.660,5 AZN təşkil edib. Ehtimal olunan müqavilə qiyməti isə 293.896,38 AZN səviyyəsindədir. Müqavilənin yaxın günlərdə bağlanması gözlənilir.
Satınalınma çərçivəsində aşağıdakı vəzifələr üçün mühafizəçilər xidmət göstərəcək:
Xidmət rəisi – 1 nəfər, 15 ay müddətinə
12 saatlıq iş qrafiki ilə mühafizəçi – 7 nəfər, 15 ay
15 saatlıq iş qrafiki ilə mühafizəçi – 2 nəfər, 15 ay
Patrul əməkdaşı – 8 nəfər, 12 saatlıq iş qrafiki ilə, 15 ay
Xatırladaq ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevdir.
Ayaz