ÖZ XƏBƏR

“ABB və Leo Bank bir-birinə məsuliyyəti atır, pulum itib”

Babək İrəvanlı sosial şəbəkədə Azərbaycan Beynəlxalq Bankı (ABB)Leo Bank barədə şikayətini paylaşıb.

32gun.az-ın məlumatına görə, O bildirib ki, 20 avqust 2025-ci il, saat 11:33-də ABB kartından öz Leo Bank kartına 250 manat köçürülüb, lakin bu günə qədər vəsait hesabına daxil olmayıb.

Şikayətçinin sözlərinə görə, göndərən tərəfin kartından məbləğ çıxılıb və ABB tərəfindən ödəniş çeki təqdim olunub. Buna baxmayaraq, Leo Bank hesabında vəsait görünmür:

“Göndərən tərəfin kartından pul çıxıb, ABB də ödəniş çekini təqdim edib. Amma bu günə qədər Leo Bank kartıma həmin vəsait daxil olmayıb!”

Babək İrəvanlı qeyd edir ki, hər iki bank məsuliyyəti üzərindən atır:

“ABB bank deyir ki, pul göndərilib, məsuliyyət bizlik deyil. Leo Bank isə bildirir ki, bu, onların işi deyil. Bəs mənim pulum haradadır?!”

O, hər iki bankı müştəri hüquqlarını pozmaqda və məsuliyyətsizlikdə ittiham edib:

“Müştərinin hüququnu qorumaq əvəzinə, iki bank məsuliyyəti bir-birinin üzərinə atır. Bu, həm qanunsuzdur, həm də müştəriyə qarşı hörmətsizlikdir.”

Şikayətçi 250 manatın dərhal hesabına qaytarılmasını tələb edib.

Ayaz 

 

Oxşar Xəbərlər